Daş kitabələr məktəblilərin rəsmlərində
   
   Xəbər verdiyimiz kimi, Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu rayon məktəbliləri arasında “Keşikçidağ gənc rəssamların fırçalarında” adlı rəsm müsabiqəsi keçirib. Rayon 1, 2 saylı, Həsənsu kənd orta məktəbləri, Uşaq yaradıcılıq mərkəzi, Texniki yaradıcılıq mərkəzi və Rəsm qalereyasının şagirdləri qoruq ərazisində olub, tarixi abidələri rəsmlərə köçürüblər. 
   Gənclərin əl işləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunub. “Keşikçidağı tanıdaq” adlı tədbirdə qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənib, qoruq haqqında çəkilmiş “Qədim yurdun daş kitabəsi” adlı sənədli film nümayiş olunub.
   Tədbirdə iştirak edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev layihə barədə fikirlərini bildirib.
   “Keşikçidağı tanıdaq” tanıtım layihəsinin rayonun ayrı-ayrı məkanlarında təqdim edilməsi nəzərdə tutulur.