Sabir bağında sərgi və konsertlər
Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu paytaxtımızda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı xüsusi mədəni proqram təşkil edib.
Bürodan verilən məlumata görə, mədəni proqrama Sabir bağında sənətkarlıq nümunələrinin və milli mətbəx sərgisi, konsertlər daxildir.
Mayın 4-də axşam burada Radio&Video rok qrupu çıxış edib.
Mayın 5-də saat 18-də Günay İbrahimli, Yaşar Yusub, Samir Salam və digərlərinin iştirakı ilə etnokonsert, saat 21.30-dan isə caz və blyuz sədaları altında romantik axşam təşkil ediləcək.
Mayın 6-da saat 20-də Dərvişbend qrupunun solisti Nara Vayt öz proqramını təqdim edəcək. Tədbirlərə giriş sərbəstdir.