Bər­də Re­gio­nal Mə­də­niy­yət və Tu­rizm İda­rə­si­nin təş­ki­lat­çı­lı­ğı ilə Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 94-cü il­dö­nü­mü­nə həsr olun­muş “Ki­tab bay­ra­mı” ke­çi­ri­lir. 
   İlk təd­bir Yev­lax şə­hə­rin­də təş­kil edi­lib. İş­ti­rak­çı­lar əv­vəl­cə Mər­kə­zi ki­tab­xa­na tə­rə­fin­dən qu­rul­muş ki­tab sər­gi­si­nə ba­xıb­lar. MKS-nin di­rek­to­ru Vü­sa­lə Məm­mə­do­va, re­gio­nal ida­rə­nin Yev­lax şə­hər nü­ma­yən­də­si Ra­fiq Məm­mə­dov ənə­nə­vi ola­raq ke­çi­ri­lən be­lə təd­bir­lə­rin əhə­miy­yə­tin­dən söz açıb­lar.
   Ki­tab­xa­na sa­hə­sin­də fərq­lə­nən bir qrup mə­də­niy­yət iş­çi­si­nə Mə­də­niy­yət İş­çi­lə­ri ­Həm­kar­lar İt­ti­fa­qı­nın Yev­lax şə­hər ko­mi­tə­si tə­rə­fin­dən hə­diy­yə və fəx­ri ­fər­man­lar təq­dim edi­lib. Təd­bir şə­hər Mə­də­niy­yət mər­kə­zi­nin ha­zır­la­dı­ğı mu­si­qi­li proq­ram­la da­vam edib.
   * * *
   Ma­yın 3-də Ağ­daş ra­yon Hey­dər Əli­yev Mər­kə­zin­də "Ki­tab bay­ra­mı" və ra­yon mə­də­niy­yət iş­çi­lə­ri­nin iş­ti­ra­kı ilə kon­sert proq­ra­mı təş­kil olu­nub.
   MKS-nin di­rek­to­ru Sey­fəd­din Fey­zul­la­yev ənə­nə­vi bay­ram haq­qın­da mə­lu­mat ve­rib. Təd­bir­də 700 ad­da 2000 nüs­xə­yə ya­xın ki­tab, ra­yon Mə­də­niy­yət mər­kə­zin­də və fi­lial klub müəs­si­sə­lə­rin­də fəa­liy­yət gös­tə­rən dər­nək üzv­lə­ri­nin əl iş­lə­ri sər­gi­lə­nib. Mək­təb­li­lər şeir­lər söy­lə­yib, kom­po­zi­si­ya­lar təq­dim edib­lər.
   Son­ra “Hey­dər Əli­yev və Azər­bay­can mə­də­niy­yə­ti” möv­zu­sun­da el­mi-prak­ti­k konf­rans ke­çi­ri­lib. Təd­bir­də Ağ­daş Re­gio­nal Mə­də­niy­yət və Tu­rizm İda­rə­si­nin rəi­si Ta­hir Əli­yev çı­xış edib. 
   Mə­də­niy­yət mər­kə­zi­nin nəz­din­də fəa­liy­yət gös­tə­rən “Gənc­lik” instru­men­tal an­samb­lı­nın ifa­sın­da səs­lə­nən şən mu­si­qi­lər və Xalq teat­rı kol­lek­ti­vi­nin təq­dim et­di­yi səh­nə­cik­lər təd­bir iş­ti­rak­çı­la­rın­da xoş əh­val-ru­hiy­yə ya­ra­dıb.
   * * *
   Göy­göl ra­yon MKS-nin təş­kil et­di­yi ənə­nə­vi “Ki­tab bay­ra­mı”n­da Şəm­kir Re­gio­nal Mə­də­niy­yət və Tu­rizm İda­rə­si­nin rəs­mi­lə­ri, di­gər mə­sul şəxs­lər, ra­yon ic­ti­maiy­yə­ti iş­ti­rak edib.
   Mə­də­niy­yət mər­kə­zi­nin hə­yə­tin­də müx­tə­lif baş­lıq­lar al­tın­da ki­tab­lar sər­gi­lə­nib.
   Göy­göl şə­hər Tə­biət elm­lə­ri tə­ma­yül­lü li­se­yi­n şa­gird­lə­ri şeir­lər söy­lə­yib, Mə­də­niy­yət evi­nin an­samb­lı kon­sert proq­ra­mı ilə çı­xış edib.