Dövlət Film Fondunda Azərbaycan filmlərinin afişa və plakatlarının elektron daşıyıcılara köçürülməsinə başlanıb. Layihə çərçivəsində təxminən 300-ə yaxın afişa elektron daşıyıcılara köçürüləcək.
   Bununla yanaşı, Dövlət Film Fondunda təxminən 25-ə yaxın Azərbaycan filminin afişa və plakatı bərpa olunub. Bu sırada “Nəsimi”, “Tütək səsi”, “Ölsəm, bağışla”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Şeytan göz qabağında”, “Süd dişinin ağrısı”, “Ürək, ürək”, “Baş müsahibə”, “Bir cənub şəhərində” və başqaları var.