Bu il Türkiyədə 9-cu dəfə təşkil olunacaq “Gezici Filmmor Kadın filmləri” festivalı başlayır. Festival 12-20 martda İstanbulda, 26-27 martda Vanda, 2-3 aprel tarixdə Antalyada, 9-10 apreldə Trabzonda təşkil olunacaq.
   25 ölkədən qonaqların iştirak edəcəyi festivalda qadınlarla bağlı problemlər, ailə-uşaq, qadın-kişi münasibətləri və s. mövzular əsas yer tutacaq. Filmlərin nümayişindən əlavə rejissorlar və qonaqlarla birgə konfrans keçiriləcək.
   Yeganə