Krımın “Çernomorka” telekanalı Azərbaycana həsr olunmuş film nümayiş etdirib. Film Azərbaycan mədəniyyətindən bəhs edir. “Çernomorka” telekanalı tərəfindən çəkilmiş ekran işində Krımdakı Azərbaycan icması da yaxından iştirak edib. Çəkiliş zamanı ölkəmizin mədəniyyəti və tarixi ilə yaxından tanış olmuş yaradıcı qrup bu işdən böyük zövq aldığını bildirib.