Mayın 10-da Binəqədi rayon MKS-nin Mərkəzi kitabxanasında ulu öndər Heydər Əliyevə həsr olunmuş “Müstəqil Vətənin memarı” adlı tədbir keçirilib.
   Tədbirdə MKS-nin dirketoru Rəna Biləndərli, MKS-nin əməkdaşları Şəfiqə Ağayeva, Aygün Əliyeva, Səidə Sərdarova çıxış edib.
   İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev “Qurtuluş dastanı” tarixi-dramında Heydər Əliyevin obrazını canlandırmasından söz açıb, böyük şəxsiyyətə həsr etdiyi “Müstəqil Vətənin memarı” kitabının ərsəyə gəlməsindən danışıb.
   İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Əhliman Ərşadlı və Şəbnəb Cəbrayılova “Müstəqil Vətənin memarı” poemasından parçalar səsləndiriblər.