Azərbaycanlı rejissor Fariz Əhmədovun «Miras» sənədli filmi martın 12-19-da Moskvada (Rusiya) keçiriləcək XVIII Beynəlxalq «Svyataya Anna» kinofestivalının əsas müsabiqə bölməsində iştirak edəcək. Rusiya Kinematoqrafçılar İttifaqında start götürəcək kinofestivalda 15 nominasiya üzrə 300-dən artıq bədii, sənədli və animasiya filmi əsas mükafatlar uğrunda mübarizə aparacaq.
   Xatırladaq ki, «Miras» sənədli filmi 2010-cu ilin oktyabrında Moskvada keçirilən 30-cu Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu Beynəlxalq Kinofestivalında «Kinematoqrafiya sənətinə sədaqətə görə» diplomuna, həmin ilin dekabrında isə Polşada keçirilən Beynəlxalq “Zubroffka” Kinofestivalında II mükafata layiq görülüb.
   Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” studiyasında istehsal olunub.