Mayın 24-də Xətai Sənət Mərkəzində naxçıvanlı rəssam Sabir Məmmədovun təqdimatında sulu boya ilə işlənmiş “Naxçıvan etüdləri” adlı fərdi sərgi açılacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Naxçıvan Rəssamlar Birliyi ilə birgə təşkil ediləcək. Üç gün davam edəcək sərgidə rəssamın əsərlərinin əksəriyyəti nümayiş olunacaq.