Mayın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində yazıçı-dramaturq Kamal Abdullanın “Bir, iki - bizimki!” tamaşası təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva, yaradıcı iş rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovadır.
Tamaşada aktyorlar Vüsal Xalıqoğlu və Rada Nəsibova çıxış edəcək. İkinəfərlik səhnə əsəri qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub, onların əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.