Dünya şöhrətli Amerika aktrisası, Hollivudun əfsanəvi kino ulduzu Elizabet Teylor (Elizabeth Rosemond Taylor) martın 23-də 79 yaşında ürək tutmasından vəfat edib. Teylor 1932-ci il fevralın 27-də anadan olmuşdu. Aktrisa karyerası boyunca iki dəfə “Oskar” mükafatına layiq görülmüş Elizabet Teylor «Kleopatra», «Qızmış damdakı pişik», «Vircinya Vulfdan kim qorxur?» kimi filmlərlə məşhurlaşıb.