Aprelin 21-24-də Qətərdə “Əl-Cəzirə Beynəlxalq Sənədli Filmlər Festivalı” keçiriləcək. Qısametrajlı ekran əsərlərinin müsabiqəsində Azərbaycanı rejissor Şamil Əliyevin “İz... Qala” filmi təmsil edəcək. Qeyd edək ki, “İz... Qala” filmi Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Film 2010-cu ildə Kann kinofestivalında bu ilin əvvəlində Nyu Yorkda qısametrajlı filmlər festivalının əsas müsabiqəsində iştirak edib.
   Ekran əsərinin ssenari müəllifi Nadir Bədəlov, operatorı Elşən Həsənovdur. Filmin musiqisini Elmir Mirzəyev və Rauf Alıyev yazıb, prodüser B.Məmmədovdur.
   Film unikal etnoqrafik antropoloji mədəniyyət abidəsi olan Qala kəndi (Bakı şəhəri, Xəzər rayonu) haqqındadır.