Gənc rejissor Ramil Adiloğlunun ekranlaşdırdığı “Oyuncaq” (“Bauble”) qısametrajlı filmi aprelin 4-də Z-Clubda təqdim olundu. Təqdimatdan sonra filmin geniş müzakirəsi keçirildi. Tamaşaçılar film haqqında rəylərini bildirdilər. Filmin ssenari müəllifləri Ramil Adiloğlu, Elçin Adıgözəl, operatoru Vüsal Naibdir. Qısametrajlı ekran əsərində Akif Bəşir, Mübariz Nağıyev, Elvin Adıgözəl, Nahidə Əliyeva çəkiliblər. Filmin qəhrəmanı olan kloun şəhərdə kirayədə yaşayır. Ailəsi ilə problemlər yaşayır.
   Qeyd edək ki, “R-Clan” studiyasının istehsalı olan filmin bu il Beynəlxalq Kann Kinofestivalına təqdim olunması nəzərdə tutulur.