Aprelin 24-28-də İranın Kiş adasında I Kiş Beynəlxalq Film Festivalı keçiriləcək. Azərbaycanı həmin festivalda rejissor Mehriban Ələkbərzadənin "Lahıc" qısametrajlı sənədli-etnoqrafik filmi təmsil edəcək.
   I Kiş festivalı Azad və Xüsusi İqtisadi Zonalar Mərkəzi, İranın Film və Audiovizual İşlər Bürosu, Mədəniyət və İslam Maarifləndirilməsi Nazirliyi tərəfindən təşkil edilib. Festivalın mükafat fondu 70 min avrodur.