Mədəniyyət və Turizm Nazirliyinin gənc rejissorlar üçün keçirdiyi “Bu meydan - bu ekran” layihəsinin qalibi Elçin Musaoğlunun ssenarisi əsasında “Sinema Evi” prodüser şirkətində çəkilmiş “Mənim atam” qısametrajlı bədii filmi İranda Kiş Beynəlxalq film festivalında iştirak edəcək. Festival aprelin 24-28-də keçiriləcək.
   Filmin rejissoru Novruz Hikmət, operatoru Mətləb Yaquboğludur. Rollarda Rövşən Ağayev, Cavad Abbaslı, Oksana Rəsulova, Teymur Məmmədov çəkiliblər.
   Qeyd edək ki, Elçin Musaoğlu həm də festivala beynəlxalq münsiflər heyətinin üzvü kimi dəvət olunub.