Xalq artisti Şükufə Yusupova ad gününü Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində qeyd edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, aktrisa Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərində tamaşaçılar qarşısına çıxıb. Tamaşa bu dəfə də alqışlarla qarşılanıb.
Qeyd edək ki, səhnə əsərində rolları Şükufə Yusupova ilə yanaşı, Əməkdar artist İlham Hüseynov və gənc balet ifaçısı Cəlalə Novruzlu ifa edirlər.
Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.