Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Beynəlxalq uşaqları müdafiə günü münasibətilə azyaşlı tamaşaçılara italyan yazıçısı Canni Rodarinin məşhur “Çipollino” əsərini yeni səhnə yozumunda təqdim edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, 3-4 iyunda nümayiş olunacaq səhnə əsərinin rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır.
Tamaşada aktrisa Xədicə Novruzlu (Çipollino), əməkdar artistlər Əlvida Cəfərov, Mirzə Ağabəyli, Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov, Dilarə Nəzərova və başqaları çıxış edəcəklər. Tamaşada C.Rossininin musiqilərindən istifadə edilib.