Azərbaycanın “Nərimanfilm”, Gürcüstanın “Qruziyafilm” və “Bagirafilm” kinostudiyalarının birgə istehsalı olan “Sahə” bədii filmi ABŞ-ın Florida ştatının Boca Raton şəhərində keçirilən “Downtown Boca” film festivalında nümayiş etdirilib. Kinostudiyadan bildiriblər ki, festivalda “Sahə” filminin nümayişi aprelin 15-də keçirilib. Film amerikalı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
   Qeyd edək ki, “Sahə” filmi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Paşa Bank”ın köməkliyi ilə ərsəyə gəlib. Ekran əsərində əsas rollardan birini ifa edən Timur Oduşev bu yaxınlarda ABŞ-da nüfuzlu mükafata - “Hollivudun Gənc Aktyorlar Mükafatı”na (“Hollywood Young Artists Award”) layiq görülüb.