AMEA-da dəyirmi masa keçirilib
   
   İyunun 6-da AMEA-nın konfrans zalında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurası ilə birgə təşkilatçılığı ilə “Azərbaycan turizm potensialının elmi təşviqi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iki qurum arasında imzalanmış anlaşma memorandumu çərçivəsində gerçəkləşib.
   Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və Elmi-Metodik Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin iştirak etdiyi tədbirdə turizmin iqtisadiyyatın güclü amili, təsirli sosial institutu, cəmiyyətdə ictimai rifahın və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsində əhəmiyyəti diqqətə çatdırılıb.
   Dəyirmi masada mövzulardan biri kimi turizm sahəsində milli keyfiyyət sisteminin təşviqi və fəaliyyət planı xüsusi olaraq müzakirə olunub və geniş fikir mübadiləsi aparılıb.