Aprelin 29-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli operatoru, Əməkdar incəsənət xadimi Əsgər İsmayılovun xatirə gecəsi keçiriləcək. Tədbirdə mərhum operatorla bağlı xatirələr danışılacaq, filmlərindən parçalar göstəriləcək. Foyedə isə sənətkarın ömür yolunu əks etdirən fotosərgi nümayiş olunacaq.
   Qeyd edək ki, Əsgər İsmayılov 1936-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. O, “Almaz”, “Kəndlilər”, “Bir ailə”, “Qara daşlar”, “Kölgələr sürünür”, “Səhər” filmlərinin quruluşçu operatoru olub.