Mədəniyyət və Turizm Nazirliyinin gənc rejissorlar üçün keçirdiyi “Bu meydan - bu ekran” layihəsinin qalibi Elçin Musaoğlunun ssenarisi əsasında “Sinema Evi” prodüser şirkətində çəkilən “Mənim atam” qısametrajlı filmi aprelin 24-28-də İranda keçirilən Kiş Beynəlxalq Film Festivalının müsabiqəsində ikinci mükafata layiq görülüb. Festivalda Orta Asiya, Çin, Hindistan, Yaponiya, Misir, Türkiyə və s. ölkələrin filmləri nümayiş olunub. Filmin ssenari müəllifi Elçin Musaoğlu həm də festivalda beynəlxalq jürinin üzvü kimi iştirak edib.
   “Mənim atam” filminin rejissoru Novruz Hikmət, operatoru Mətləb Yaquboğludur. Rollarda Rövşən Ağayev, Cavad Abbaslı, Oksana Rəsulova, Teymur Məmmədov çəkiliblər.