Tanınmış amerikalı rəssam və abstrakt ekspressionizmin görkəmli nümayəndəsi Cekson Pollokun (1912-1956) itirilmiş rəsm əsəri tapılıb. 
   Rəsm əsəri Arizona ştatında bir qarajda tapılıb. Rəsmin öyrənilməsinə art-ekspert Joş Levin 18 ay vaxt sərf edib. Bu və digər incəsənət əsərləri indiki sahibinə onun bacısı Cennifer Qordonddan miras qalıb. Ekspertlər rəsm əsərinə 15 milyon dollar qiymət qoyublar. Hərçənd rəsmin üzərində imza olmadığından “Pollock-Krasner” fondu əsərin həqiqiliyinin təsdiq edilməsindən imtina edib.
   Buna baxmayaraq rəsm əsəri hərraca çıxarılıb. Auksion 20 iyunda keçiriləcək.
   
   İlona