İyunun 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Folklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənc aşıqların “Sazın gəncliyi-gəncliyin sazı” adlı yekun konserti keçirilib.
İctimai birliyin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, dosent Fəzail Miskinli saz sənətinə verilən qiymətə və gənc aşıqların inkişafına göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurumun nazirliyin dəstəyi ilə ötən ildən başlayaraq “Gəncləşən sazım” layihəsini həyata keçirdiyini və bu layihənin gənc aşıqların püxtələşməsində böyük rol oynadığını bildirib.
Konsertdə bölgələr üzrə layihə çərçivəsində qalib olan gənclərin sazda ifaları dinlənilib. Sonda fərqlənənlərə nazirliyin fəxri diplomları təqdim olunub.