Fransanın Kann şəhərində davam edən 64-cü beynəlxalq kinofestivalın əsas müsabiqə qalibləri hələ bəlli olmasa da, fəxri mükafatçı məlumdur.
İtaliya rejissoru Bernardo Bertoluççi Kann festivalının fəxri mükafatına layiq görülüb. 71 yaşlı rejissora "Qızıl palma Budağı" mükafatını festivalın direktoru Jil Jakob təqdim edib.
Mükafatı alarkən, rejissor bəyan edib ki, bu mükafatı hələ də mübarizə üçün enerjisi qalan bütün İtaliya rejissorları ilə bölüşmək istərdim. "Parisdə sonuncu tanqo"," Xəyalpərəstlər ", “Tərəfdaş", "Sevgi və qəzəb", "Böcək strategiyası", "İyirminci əsr", "Ay", "Məzəli adamın faciəsi", "Sonuncu imperator", "Kiçik Budda", "Mühasirə olunmuşlar" kimi məşhur filmlərinin rejissoru Bertoluççi hazırda 3D formatında çəkilən “Mən və sən” adlı film üzərində çalışır.
Qeyd edək ki, 64-cü Kann kinofestivalı may ayının 11-də Vudi Allenin baş rollarda Ouyen Uilson və Reyçel Makadamsın iştirak etdiyi “Parisdə gecəyarı” adlı filmi ilə açılıb. Festivala mayın 22-də yekun vurulacaq.