İyunun 28-də Astanada Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək. Azərbaycanın Qazaxıstandakı səfirliyi, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycanlı Sahibkarlar İttifaqının dəstəyi ilə keçirilən forumda iki ölkənin turizm potensialının təqdimatı, turoperatorların, turizm şirkətlərinin nümayəndələrinin işgüzar görüşləri, turizm agentlikləri üçün işçi platforma, iştirakçılar üçün “B2B” formatlı görüşlər təşkil ediləcək.
Forumun keçirilməsində əsas məqsəd hər iki ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin təşkil etdikləri müalicə və istirahət mərkəzlərinə turların təbliği və turistlərin cəlb edilməsidir.