Mayın 18-də Şamaxı şəhərinin mədəniyyət sarayında “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” prodüser mərkəzinin istehsalı olan “Buta” bədii filminin təqdimatı keçiriləcək. Ekran əsərinin rejissoru İlqar Nəcəfdır. Şamaxılı kinosevərlər filmdə baş rolları ifa edən Xalq artisti Rafiq Əzimov, gənc aktyorlar Tofiq Əliyev və Ləman Abbaszadə, həmçinin filmin müəllifləri ilə görüşəcəklər.
   Qeyd edək ki, “Buta” filminin çəkilişləri rayonun Zarat kəndində aparılıb və kənd əhalisi filmin yaradılmasında fəal iştirak edib. Hətta kənd sakinlərindən filmə çəkilənlər də olub. Təqdimata dəvət olunan zaratlılar özlərini ekranda görə biləcəklər.