Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Yeniyetmələr arasında bölgə turizminin inkişafının təbliği və onlarda turizm yönümlü peşələrə həvəsin stimullaşdırılması” adlı layihə həyata keçirir.
Layihənin əsas məqsədi Azərbaycan üçün vacib sayılan alternativ turizm növlərinin (ekoturizm, kənd turizmi, sağlamlıq) inkişafına dəstək vermək, yeniyetmələrə turizm peşəsini sevdirmək, bölgələr üzrə turizm marşrutlarının təbliği və öyrənilməsidir.
İyunun 1-də start verilən layihəyə ilkin mərhələdə Sumqayıt şəhər İH və Təhsil şöbəsinin dəstəyi ilə əlaçı və fərqlənən şagirdlərdən ibarət 30 nəfərlik heyət cəlb olunub.
Sonrakı mərhələyə Lerik rayonundakı orta məktəblərdən birində təhsil alan 9-11-ci sinif şagirdlərindən ibarət 50 nəfərlik qrup cəlb olunacaq. Bu məqsədlə iyulun 6-7-də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin nümayəndələri bölgəyə səfər edəcək.
F.Hüseynov