Almaniyanın RBB telekanalında “Azərbaycanda alman izləri. Uzaq ümid yeri Qafqaz” sənədli filmi yayımlanıb. Mosikan Əhrarinin müəllifi olduğu film XIX əsrin əvvəllərində Almaniyanın Vürtemmberq vilayətindən olan alman mənşəli ailələr tərəfindən əsası qoyulan Helenendorf (indiki Göygöl) yaşayış məskəninin tarixindən bəhs edir. 1941-ci ildə Stalin Azərbaycandan 20 min almanı Sibir və Qazaxıstana sürgün edib.
Filmdə Azərbaycanın Göygöl rayonunda doğulub boya-başa çatmış bir neçə almanın bu yaşayış məskəni ilə bağlı xatirələri səslənir, rayonda alman əhalisi ilə birbaşa bağlılığı olan şərabçılıq sənayesinin inkişafından söhbət açılır. Ekran əsərində alman və azərbaycanlı tarixçilərin Helenendorfda şərabçılıq sənayesinin tarixi haqqında fikirləri də yer alıb.