Yeni kinokomediya təqdim ediləcək
   
   Mayın 25-də “Azərbaycan” kinoteatrında rejissor Ülviyyə Könülün “Vəkil hanı?” bədii filminin təqdimatı keçiriləcək. Filmin müəllifləri yumorla dolu yeni ekran əsərlərini klassik komediya janrının qaydalarına uyğun çəkiblər. Cavan vəkil həmkarının xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir, aləm dəyir bir birinə...
   Filmin ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyev, operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Rəşad Haşımovdur. Rollarda Bəhruz Vaqifoğlu, Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlilicanzadə, Kamilə Babayeva, Bəhram Bağırzadə, Naina İbrahimova və başqaları çəkiliblər.