İyulun 5-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Məzun 2017” adlı buraxılış tədbiri keçiriləcək. Tədbirə rəsmi şəxslər, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, ATMU-nun beynəlxalq əməkdaşlıq etdiyi təhsil müəssisələrinin təmsilçiləri, digər qonaqlar qatılacaq.
   Mərasimdə ATMU-nun builki 331 məzununa diplom, 20 nəfərə eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomu təqdim ediləcək. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edəcək.
   “Məzun 2017” törəni ATMU-nun 2-ci korpusunda (Cəfər Xəndan küçəsi 17) keçiriləcək.
   
   F.Hüseynov