Sumqayıt teatrının tamaşası Bakı səhnəsində
   
   Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında premyerası uğurla keçən “Toy olsun” (İsi Məlikzadə, Süleyman Ələsgərov) musiqili komediyası tamaşaçıların istəyi nəzərə alınaraq, Bakı teatrlarında da oynanılacaq. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov bildirib ki, xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştirak etdikləri səhnə əsəri iyulun 4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunacaq.
   Tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib.