Qazaxıstanın Karaqanda şəhərində Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin anadan olmasının 95 illiyi münasibətilə “Qafqaz əsiri” operettasının premyerası keçirilib.
Operettanın premyerası TÜRKSOY-un təşəbbüsü və Karaqanda Vilayət Hakimiyyətinin dəstəyi ilə reallaşıb.
1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatrlarında səhnələşdirilən bu əsər Karaqanda şəhərində ilk dəfə nümayiş etdirilib.
Karaqanda Akademik Musiqili Komediya Teatrında təqdim edilən tamaşanın rejissoru Azərbaycanın Əməkdar artisti Əli Usubovdur. O, əsəri ilk dəfə 1969-cu ildə Leninqrad Konservatoriyasından məzun olarkən Moskva Operetta Teatrında səhnələşdirib. Premyera tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.