Ağdaş rayon MKS-nin oxu zalında 26 iyun - Beynəlxalq narkomaniya və narkobiznesə qarşı mübarizə günü ilə əlaqədar Mərkəzi kitabxananın Mədəniyyət mərkəzi ilə birgə hazırladığı dəyirmi masa keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev narkotik maddələrin ağır fəsadlarından söz açıb. Rayon Polis şöbəsinin əməkdaşı Şəmşir Lətifov narkomaniya və narkobiznesə qarşı aparılan mübarizədən danışıb. Mədəniyyət mərkəzinin direktoru Xalid Zamanov, gənc mütəxəssis Camal Xəlilov bəşəri bəlaya qarşı mübarizədə ictimaiyyətin birgə səyinin vacib olduğunu diqqətə çatdırıblar.