“İmper Qrup” Prodüser Mərkəzinin istehsalı olan “Bir addım” qısametrajlı bədii filmi mayın 27-dən 31-dək Makedoniyanın Strumica şəhərində keçiriləcək “7th AsterFest İnternational” film festivalının əsas müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. Festivalda Azərbaycanla yanaşı, Almaniya, Danimarka, Finlandiya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və digər ölkələrin audiovizual məhsulları da nümayiş ediləcək.
   “Bir addım” qısametrajlı bədii filmi 20-dən artıq ölkədə keçirilmiş beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edərək, müxtəlif mükafat və diplomlara layiq görülüb. Filmin rejissorları - Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifləri - Alina Abdullayeva və Nərgiz Bağırzadədir.