İsmayıllı şəhərində regional müşavirə
21-23 iyun tarixində Mədəniyyət və Turizm Nazirliyinin QHT-lərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə İsmayıllı şəhərində “Qeyri-hökumət təşkilatlarının mədəniyyətin davamlı inkişafında rolu” mövzusunda regional müşavirə keçirilib.
Tədbirdə mədəniyyətin təbliğində QHT potensialının təhlili, mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lərə nazirlik tərəfindən göstərilə biləcək dəstək birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması barədə fikir mübadiləsi aparılıb. Həmçinin nazirlik tərəfindən gələcəkdə elan ediləcək müsabiqə mövzularının müzakirəsi, əməkdaşlıq formalarının müəyyən olunması, fəaliyyətin çevikliyini təmin etmək üçün zona koordinasiya qruplarının yaradılması, gənclərin QHT-lərdə fəallığının artırılması, regional mədəniyyət və turizm idarələri ilə birgə əməkdaşlığın qurulması və s. məsələlər müzakirə olunub. QHT nümayəndələri üçün mədəniyyət müəssisləri ilə tanışlıq təşkil edilib.