Xalq artisti sentyabrda teatr səhnəsinə qayıdacaq
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin müalicəsi davam edir. Aktyor hazırda sərbəst gəzməsi ilə bağlı problemlərin aradan qaldırılması üçün fizioterapiya müalicəsi alır. Yaşar Nuri özünü yaxşı hiss etdiyini, artıq çəkilişlərə qatıldığını deyib. Xalq artisti rejissor Samir Kərimoğlunun “Mən evə qayıdacam” filminə çəkilib.
Sevimli aktyor sentyabrdan teatr səhnələrinə də çıxacağını deyib: “Yeni tamaşalar məni gözləyir, tamaşaçılar darıxdıqlarını deyirlər”. Qeyd edək ki, sentyabrda Y.Nurinin 60 yaşı tamam olacaq.