Fəaliyyətinin 11-ci tədris ilini uğurla başa vuran Mingəçevir Turizm Kollecində “Məzun günü” təşkil olunub.
Tədbirdə öncə kollecin builki buraxılışı haqqında məlumat verilib. Qeyd olunub ki, kollecdə təhsilini başa vuran 664 nəfərdən 493 məzun əyani, 171 nəfər isə qiyabi formada təhsil alıb.
Pedaqoji heyət tərəfindən turizmin təşkili, turist, mehmanxana təsərrüfatının təşkili və idarəedilməsi, turizm və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili, bələdçilik, reklam işi, muzeylərin və abidələrin mühafizəsi və digər ixtisaslar üzrə tədrisi başa vuran məzunlara ən xoş arzular çatdırılıb, onlara gələcək peşə fəaliyyətində uğurlar arzulanıb.
Sonra Mingəçevir Turizm Kollecinin rəhbərliyi adından təhsildə və ictimai fəallıqda seçilən məzunlara fəxri diplomlar təqdim olunub. Buraxılış gecəsi musiqili proqramla davam etdirilib, hər bir ixtisas qrupu bədii təqdimatla çıxış edib.