İyulun 8-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı “Pəltək cücə” tamaşası ilə mövsümə yekun vuracaq.
Tamaşai teatrın müvəqqəti yerləşdiyi Q.Abbasov adına Mədəniyyət sarayında nümayiş olunacaq.
Türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda hazırlanan “Pəltək cücə” tamaşasının rejissoru İlhamə Əhmədova, rejissor köməkçisi Niyaz Qasımov, musiqi tərtibatı Mahir İbrahimli, xoreoqraf Könül Şahbazova, musiqilərin mətnlərinin müəllifi isə Rafael Muradxanlıdır.