Özbəkistanın paytaxtı Daşkənddə “Fişka” adı altında gənclərin müəllif kinosu həftəsi keçirilir. Festivalda azərbaycanlı rejissor Murad Muradovun 2008-ci ildə çəkdiyi “Anlama” qısametrajlı filminin nümayişi təşkil olunub. Film cəmiyyətin insanlara qarşı olan biganəliyindən bəhs edir.
Festivalın təşkilatçıları Özbəkistan İncəsənət İnstitutunun məzunları Andrey Coy, Mahir Akimov və Şofik Yoldaşevdir. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Almaniya və Qırğızıstandan gənclər iştirak edir. Festival çərçivəsində, eləcə də canlı musiqi ifaları və gənc rəssamların sərgisi də təşkil olunur.