AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Əhmədovanın “Azərbaycan dilinin etnonimlər lüğəti” kitabı çap olunub.
Lüğətin redaktoru professor Qara Məşədiyev, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hacıyeva və dosent Təhminə İsmayılovadır.
Kitabda ən məşhur etnosların adları tarixi mənbələr üzrə toplanıb, onların semantik və struktur tipləri araşdırılıb, yaranma tarixləri, eləcə də yayılma arealları müəyyənləşdirilib.
Lüğətdə ümumilikdə 300-dək etnonim haqqında izahlı məlumat verilib. Həmçinin mənaları tam açılmayan etnonimlər də nəşrdə öz əksini tapıb.