Noyabr ayında Avstraliyada 5-ci “Asia Pacific Screen Awards” film müsabiqəsi keçiriləcək. FIAPF beynəlxalq təşkilatının təşkil etdiyi müsabiqədə Asiya-Sakit okean bölgəsində yerləşən 70 ölkənin filmləri nümayiş olunacaq. “Nərimanfilm” kinostudiyası “Asia Pacific Screen Awards”ın Azərbaycanda rəsmi siması olacaq. “Nərimanfilm” kinostudiyasından verilən məlumata görə, bundan sonra həmin müsabiqənin Azərbaycanda rəsmi siması olaraq 4 kateqoriya üzrə seçim ediləcək. Bədii, animasiya, tammetrajlı bədii, tammetrajlı uşaq filmlərinin ən yaxşısı müsabiqəyə göndəriləcək. Filmlər avqustun 1-dək təqdim oluna bilər. Müsabiqədə 10 nominasiya üzrə mükafatlar paylanacaq.