İyunun 14-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında gənc rejissor Ələkbər Əliyevin “Vüqar niyə qayıtmır?” sənədli filmi nümayiş olundu.
30 dəqiqəlik film 2010-cu ildə Atelye Varan Assosiasiyası (Fransa), “Arte” telekanalı (Almaniya-Fransa), Höte İnstitutu (Almaniya), Fransanın Azərbaycandakı səfirliyi, “Butafilm”, “Cinecritic” (Azərbaycan) və “Mobilia” (Gürcüstan) studiyalarının dəstəyi ilə lentə alınıb.
Nümayişdən öncə çıxış edən Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq üzrə attaşesi Lük Aubri filmin Avropada nümayişinin uğurlu keçdiyini vurğuladı.
Daha sonra filmin rejissoru Ələkbər Əliyev çıxış etdi. O, filmin bir sıra festivallarda nümayiş olunduğunu bildirdi: “Film qloballaşan dünyada qloballaşmaq istəməyən azərbaycanlı ailə haqqındadır. Səmimi bir film çəkməyə çalışmışam.”
“Vüqar niyə qayıtmır?” filminin rejissoru və operatoru Ələkbər Əliyev, səs rejissoru İmaməddin Həsənov, montajçısı Mixail Şestovskidir.
Film Kəlbəcərdən məcburi köçkün düşmüş bir ailənin həyatından bəhs edir. Ailənin üzvü Vüqar Cümşüdov uzun illərdir ki, Rusiyada yaşayır. Filmdə ailənin gündəlik yaşayışı, həyat tərzi göstərilir.
“Vüqar niyə qayıtmır?” filmi 2010-cu ildə Tbilisidə beynəlxalq festivalda xüsusi baxış proqramında nümayiş olunub. 2011-ci ilin yanvarında Parisin “Musee Du Quai Branle” muzeyində Avropa premyerası keçirilib. Mayda isə Fransanın “Cinema / projections a la meo” layihəsində keçmiş sovet ölkələrinin filmləri ilə bir sırada Azərbaycanı təmsil edib.
Reyhan