“Tarix” adlı yeni telekanalın açılması təklif olunub
   
   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Elmi şurasının iclası keçirilib.
   İnstitutun direktoru, akademik Yaqub Mahmudovun sədrliyi ilə keçirilən iclasda bir sıra ölkələrin təcrübəsi əsas götürülərək Azərbaycanda da “Tarix” adlı yeni televiziya kanalının açılması, institut nəzdində “Sənədli filmlər studiyası”nın yaradılması ilə bağlı təkliflər səslənib. İnstitutun Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi qərara alınıb.
   Həmçinin iclasda “Azərbaycan mədəniyyət tarixi: inkişafın əsas mərhələləri” adlı toplunun nəşrə hazırlanması istiqamətində müzakirələr aparılıb və bu iş Tarix İnstitutunun “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinə həvalə olunub.