Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq şəhər S.Vurğun adına Mərkəzi kitabxanasının Uşaq şöbəsi açıq səma altında balacalar üçün növbəti əyləncə saatı təşkil edib.
Tədbirin iştirakçıları kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi ilə tanış olublar. Uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər oyunlar oynayıblar. Uşaq şöbəsində fiziki qüsurlu uşaqların mütaliəsi ilə bağlı tədbir də keçirilib. Uşaqlar dövlət rəmzləri, Azərbaycan və Sumqayıt şəhəri ilə bağlı sualları cavablandırıb, nağıl və hekayələr oxuyublar.