Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Stalinqrad döyüşünün 75 illiyinə həsr edilən sərgi açılıb.
Açılış mərasimində çıxış edən “Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov II Dünya müharibəsinin həlledici mərhələlərindən olan Stalinqrad döyüşündən, faşizm üzərində qələbəyə Rusiya və Azərbaycan xalqlarının töhfəsini vurğulayıb. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə Stalinqrad müdafiəçilərinin nadir fotoşəkilləri yer alıb.