Quba rayon MKS-nin Mərkəzi kitabxanası və Quba Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Quba” istirahət mərkəzində səyyar kitabxana xidməti təşkil edilib.
Tədbirdə kitabxana işçiləri tarix, bədii ədəbiyyat, mədəniyyət, tibb, şifahi xalq ədəbiyyatına dair kitabları nümayiş etdirib. İstirahət mərkəzində dincələnlər maraqlandıqları nəşrləri oxumaq üçün götürüblər. Ümumilikdə 125 adda 300-ə yaxın ədəbiyyat nümayiş olunub. Xarici ədəbiyyata dair kitablar maraqla qarşılanıb.
Səyyar kitabxana xidməti zamanı Mərkəzi kitabxanaya 43 yeni oxucu abunə olub. Yay mövsümündə mərkəzi kitabxana tərəfindən rayon ərazisində fəaliyyət göstərən digər istirahət mərkəzlərində də bu kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.