Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan multikulturalizmi fənnini elmi əsaslarla tədris edəcək mütəxəssislər üçün növbəti intensiv treninqlər təşkil edib.
Ölkənin ali təhsil müəssisələrinin alimlər və müəllimlərinin iştirak etdiyi treninqlərdə Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov, tarixçi alim, professor Həcər Verdiyeva, Azərbaycan Texniki Universiteti İctimai fənlər kafedrasının dosenti Əyyub Kərimov və başqaları “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti”, “Azərbaycanda dinlərin tarixi”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq” və s. mövzularda təqdimatlarla çıxış ediblər.