Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov “Belarusfilm”dən dəvət alıb.
Teatrdan bildirilib ki, aktyor kriminal janrda ekranlaşdırılacaq filmdə həbsxana nəzarətçisi obrazını canlandıracaq. Avqust ayında çəkilişləri başlanacaq ekran əsərinin 2018-ci ilin mayında nümayiş etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, aktyor iki il bundan əvvəl filmlə bağlı elan olunmuş kastinq nəticəsində yaradıcı heyət tərəfindən bəyənilib.
İlham Əsədov Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib, 2003-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır.