Amerikanın tanınmış aktyoru Stiven Siqal böyük türk-monqol imperatoru Çingiz xanın həyatından bəhs edən filmdə çəkiləcək. Qazaxıstanın paytaxtı Astanada keçirilən Beynəlxalq film festivalında iştirak edən aktyor bu barədə jurnalistlərə müsahibəsində deyib. Məşhur qazax rejissoru Timur Bakmambetovla bu layihə üzərində işlədiklərini bildirən Siqal filmin çəkilişi üçün Qazaxıstan hökumətinin də dəstəyini gözlədiklərini deyib.
Hazırda Hollivud kino sənayesində böhran olduğunu deyən Stiven Siqal bu üzdən məşhur amerikalı aktyorların dünyanın müxtəlif yerlərində kinolayihələrə maraq göstərdiklərini vurğulayıb. Siqal Rusiya kinematoqrafçılarından da təkliflər aldığını söyləyib.