İyulun 24-dən avqustun 12-dək Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının balet truppası və simfonik orkestri London Kral Opera Teatrında qastrolda olacaq. Heyətdə azərbaycanlı gənc balet artisti Timur Əsgərov da yer alıb. London Kral Opera Teatrının saytında dərc olunan məlumata görə, qastrol tamaşalarında aparıcı partiyaları balet artistləri Yekaterina Kondaurova, Nadejda Batoyeva, Yelena Yevseyeva, Anastasiya Matviyenko, Yekaterina Osmolkina, Renata Şakirova, Timur Əsgərov, Yevgeni İvançenko və başqaları ifa edəcəklər.
Timur Əsgərov qastrol müddətində “Don Kixot”, “Qu gölü”, “İnfra”, “Bayaderka” baletlərində çıxış edəcək.